Zlatko Daliç: "Özümüzü itirdik"

Zlatko Daliç: "Özümüzü itirdik"

"Rəqibi təbrik edirəm. Komandamız qarşılaşmaya fəal start verdi. Bunun nəticəsi kimi erkən qol vurduq. Hesabı artırmaq üçün də kifayət qədər şanslarımız oldu. Amma rəqib qapıçı inamlı oynadı."

Assist.az xəbər verir ki, bu fikirləri Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç  millimizlə oyundan sonra təşkil edilən mətbuat konfransında səsləndirib.

O bildirib ki, ilk hissədə komandası, fasilədən sonra isə rəqib daha istəkli olub:

"Meydan sahiblərinə güclü azarkeş dəstəyi vardı. Bu, onların daha inamlı oynamasına səbəb olurdu. Biz isə bir qədər özümüzü itirdik. Bu nəticəni heç cür uöurlu hesab etmək oımaz. Məyusuq, smma vəziyyəti qəbul etməli, növbəti görüşlərə hazırlaşmalıyıq. Dəyişiklikləri tez etsəydim, bəlkə də, nəticə fərqli olardı. Ante Rebiçin ilk hissədə 2 qol şansını qaçırdı. Ancaq onu əvəzləmədim, inandığımı göstərmək istədim. Növbəti qolu vura bilmədik. Rəqib bizə layiq olduğu bərabərlik topunu vurmağı bacardı. Davor Şukerin İvan Rakitiçlə bağlı dedikləri ilə razıyam. O, növbəti görüşlərdə komandaya kömək edəcək".

Daliç Azərbaycan millisinin futbolçuları ilə bağlı fikirlərini bölüşüb:

"Yəqin ki, Azərbaycan millisinin futbolçuları burada xoşbəxtdirlər və ona görə xaricə getməyiblər. Azərbaycanla ilk matçımızdan sonra onların növbəti görüşlərdə xal qazanacaqlarına inanırdım. Bunu bacarmamaqları qəribədir. Burda yenə xal itirdik. Amma heç bir stadionu cəhənnəm adlandırmazdım".