Zlatan İbrahimoviç "Milan"da qalacaq

Zlatan İbrahimoviç "Milan"da qalacaq

"Milan" klubunun direktoru Paolo Maldini Zlatan İbrahimoviçin klubdaki gələcəyi haqqında açıqlama verib.

Assist.az "Sky Sports"a istinadən xəbər verir ki, Paolo Maldini "Milan" klubunun təcrübəli hücumçusu Zlatan İbrahimoviçin yeni müqavilə imzalayacağını bildirib:

"Yeni müqavilə imzalamağı həm İbrahimoviç həm də biz çox istəyirik. Yeni müqavilə imzalamağa çox yaxınıq və sadəcə bir neçə xırda detal qalıb".

Xatırladaq ki, Zlatan İbrahimoviç bütün turnirlər daxil olmaqla 15 qol vurub.