Zlatan İbrahimoviç "Milan"da qalacaq

Zlatan İbrahimoviç "Milan"da qalacaq

Zlatan İbrahimoviç "Milan" ilə yeni müqavilə imzalayacaq.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, "Milan" klubunun təcrübəli hücumçusu Zlatan İbrahimoviç mövsüm sonu bitəcək müqaviləsini yeniləmək barədə rəhbərlik ilə razılığa gəlib. Zlatan İbrahimoviç "Milan" ilə bir illik müqavilə imzalayacaq  Razılığa əsasən müqaviləyə bonuslar əlavə ediləcək.

Xatırladaq ki, Zlatan İbrahimoviç ötən mövsüm qış transfer pəncərəsində Amerikanın "Los Anceles Qalaksi" klubundan "Milan"a transfer olunmuşdu.