Zlatan İbrahimoviç ilə Romelu Lukaku arasındakı mübahisə yardım fonduna dəstək olacaq

Zlatan İbrahimoviç ilə Romelu Lukaku arasındakı mübahisə yardım fonduna dəstək olacaq

Zlatan İbrahimoviç ilə Romelu Lukakuya aralarındakı mübahisəyə görə verilən cəzadan əldə olunan məbləğ yardım fonduna bağışlanacaq.

Assist.az  xarici mənbələrə istinadən xəbər verir ki, yanvar ayında oynanan "Milan" derbisində şiddətli mübahisəyə görə cəza alan Zlatan İbrahimoviç və Romelu Lukakunun ödəyəcəkləri məbləğ yardım fonduna bağışlanacaq.

Xatırladaq ki, mübahisəyə  Romelu Lukakunun Alessio Romangoliyə qarşı sərt oynaması səbəb olmuşdu. Bu hərəkətdən sonra iki futbolçu şiddətli mübahisə etmişdi.