"Zirə"nin Konfrans Liqası matçına görə millidə dəyişiklik

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Assist.az xəbər verir ki, “Zirə” klubunun qapıçısı Səlim Həşimov Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsraildə keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Zirə” oyunu üçün əsas komandayə cəlb olunduğundan millinin düşərgəsini tərk edib.
Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib.
"Zirə" Bakıdakı ilk oyunda "Makkabi"ya 0:3 hesabıyla uduzub. Komandalar arasındakı cavab matçı iyulu 28-də İsraildə olacaq.