"Yuventus"un yeni transferi iki ay oynamayacaq

"Qoca sinyora"nın yeni transferi Pol Poqba mövsümün startını buraxmalı olacaq
"La Gazzetta dello Sport" nəşri xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin məşq zamanı zədələnməsi olub.
Menisk nahiyyəsindən xəsarət alan fransalı oyunçu iki ay forma geyinə bilməyəcək.
Pol Poqba İngiltərə "Mançester Yunayted"indən Turin təmsilçisinə azad agent kimi keçib. Yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Oyunçu 2012 - 2016-cı illərdə də "qoca sinyora"nın formasını geyinib.