"Yuventus" - "Milan" matçı təxirə salındı

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Yuventus" - "Milan" oyunu təxirə salınıb. Assist.az xəbər verir ki, martın 4-ü Bakı vaxtı ilə 23:45-də keçirilməsi planlışdırılan matç koronavirusa görə oynanılmayacaq.
Komandalar arasında ilk oyun 1:1 hesablı bərabərliklə başa çatıb.