"Yuventus" "Liverpul"lu üçün 23 milyon təklif etdi

“Liverpul”un futbolçusu Roberto Firmino karyerasını İtaliyada davam etdirə bilər.
Assist.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə “Yuventus” yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qoca sinyora” braziliyalı futbolçu üçün 23 milyon avro təklif edib.
Firmino 2015-ci ildən “Liverpul”da çıxış edir. O, 327 matçda 98 qol, 74 məhsuldar ötürmə ilə yadda qalıb. Forvardın “qırmızılar”la sözləşməsi 2023-cü ilin yayına qədərdir.