Yurgen Klop: "Ozan Kabak özünü sübut etdi"

Yurgen Klop: "Ozan Kabak özünü sübut etdi"

"Liverpul" klubunun baş məşqçisi Yurgen Klop gənc müdafiəçisi Ozan Kabak haqqında açıqlama verib.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Yurgen Klop Ozan Kabakın səhvlər etdiyini, ancaq onun gənc olduğunu bildirib:

"Ozan 20 yaşında bir futbolçudur, amma buna baxmayaraq böyük potensiala sahibdir. Bundan əvvəl oynadığı klublarda şansızlıq yaşadı, ancaq Ozan özünü sübut etdi. Biz onun istedadına heç vaxt şübhə ilə yanaşmamamışdıq".

Xatırladaq ki, Ozan Kobak "Liverpul" ilə oynadığı 7 oyunda 623 dəqiqə meydanda qalıb.