“Neftçi”ni yaxşı tanıyırıq və düzgün hazırlaşacağıq

“Neftçi”ni yaxşı tanıyırıq və düzgün hazırlaşacağıq

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Pedro Martins “Aris”ə qarşı keçirdikləri yoxlama matçından sonra fikirlərini bildirib.

Assist.az “sport-fm.gr” saytına istinadən xəbər verir ki, Martins, “Neftçi” ilə oyunlar haqda da danışıb:

“Oyundan razıyam, hələ məqsədimizə çatmamışıq. Çox iş görməliyik. Bir həftə içində daha yaxşı olacağıq.

Qarşıda işlərimiz çoxdur. “Neftçi”ni yaxşı tanıyırıq və düzgün hazırlaşacağıq. Bu komandaya qarşı daha ciddi olmalıyıq”.