Yığmamız Fransaya məğlub oldu

Yığmamız Fransaya məğlub oldu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Assist.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olub. Kale şəhərindəki “Stade de l'Epopee” stadionunda baş tutmuş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.

Bu, II qrupda yer alan Azərbaycan millisinin 4-cü oyunda 3-cü məğlubiyyəti olub. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Fransa isə qrupda ilk görüşünü keçirib.

AVRO-2021

Seçmə mərhələ, II qrup

10 oktyabr

23:00. Fransa – Azərbaycan - 5:0

Qollar: Odson Eduard, 2; 36. Dan-Aksel Zaqadu, 40. Hussam Auar, 52. Arno Norden, 76

Baş hakim: Antoniu Nobre

Yan xətt hakimləri: Nunu Pereyra, Bruno Alveş

Dördüncü hakim: Elder Maleyru (hakimlər briqadası Portuqaliyadandır)

Kale, “Stade de l'Epopee” stadionu

Xal durumu: Gürcüstan – 6 xal (4 oyuna), İsveçrə – 3 (1), Fransa - 3 (1), Slovakiya – 3 (2), Azərbaycan – 3 (4), Lixtenşteyn – 3 (4).

 

Report