"Valensiya" qələbə qazandı, "Çelsi" - "Ayaks"la sülh bağladı

"Valensiya" qələbə qazandı, "Çelsi" - "Ayaks"la sülh bağladı

Çempionlar Liqasında 4-cü tura start verilib. Assist.az xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib. Qarşılaşmalar E, F, G və H qruplarında baş tutub.

G qrupunda mübarizə aparan "Valensiya" doğma meydanda "Lill" klubunu qəbul edib. Görüşdə hesabı Viktor Osime  ilə qonaq futbolçular açsa da, sonradan 4 dəfə fərqlənən "Valensiya" qələbə qazanıb.

La Liqa təmsilçisinin qollarını Dani Parexo, Adama Soumaoro (avtoqol), Kondoqbiya və Ferran Torres vurub.

Qrupun digər oyununda "Çelsi" "Ayaks"ı qəbul edib. Oyunda 1:4 hesabı ilə geridə olan London futbolçuları əzmkarlıq göstərərək hesabı bərabərləşdirə biliblər. Görüş 4:4 hesablı bərabərliklə yekunlaşıb.

"Çelsi"nin heyətində Jorjinyo 2 penaltini dəqiq yerinə yetirib, Sezar Aspilikueta və Ris Ceyms isə hərəyə bir dəfə fərqlənib. "Ayaks"ın qollarını isə Temmi Abraham (avtoqol), Kvinsi Promes, Kepa Arrisabalaqa (avtoqol) və Donni van de Beek vurublar.

# Komanda Oyun Xal
1 Ayaks 4 7
2 Çelsi 4 7
3 Valensiya 4 7
4 Lill 4 1