“Ulduzlar Liqası”nda yeni mövsüm həyəcanı başlayır

“Ulduzlar Liqası”nda yeni mövsüm həyəcanı başlayır

“Ulduzlar Liqası"nın 2019-2020 mövsümünün başlamasına sayılı günlər qalıb. Azərbaycanda davamlı həvəskar liqalardan ən öndə gələnlərdən biri olan “Ulduzlar Liqası” bu dəfə də yenilənən heyətləri ilə liqaya qoşulan komandaları salamlayıb.

Liqanın “Facebook” sosial şəbəkəsindən rəsmi paylaşımında növbəti mövsümün püşkatma mərasimi haqda da məlumat verilib. Bu il liqada “Seniors”, “Army United”, “Tornado”, “Əvilə”, “Xilə”, “Keşlə”, “Tüklə”, “Star Kargo”, “Maştağa”, “Turan”, “Əmirli”, “Ümid” Masallı, “Suraxanı”, “Bakılılar”, “Kia Motors”, “Sirena Motors”, “Zabrat ST”, “Azəri Med”, “Universal” və “Sabunçu” komandaları mübarizə aparacaqlar.

“Ulduzlar Liqası”nın qurucusu Anar Məmmədovun verdiyi məlumata görə, bu il komandaları və seçilən oyunçuları sürprizlər gözləyir.

Püşkatma mərasimi 4 may saat 13:00-da “Eden” lounge-da baş tutacaq.