UEFA Super Kubok finalları və qaliblər

UEFA Super Kubok finalları və qaliblər

İlk dövrlər  iki oyun halında keçirilən UEFA Super Kubok finalları, 1998-ci ildən sonra təkli oyuna döndü. Assist.az o vaxtdan günümüzə qədər kubok finalçıları və qalibləri təqdim edir.

#1 1998: "Çelsi" - "Real Madrid"

Hər iki klub daha öncə UEFA Super Kuboku oyunu oynamamışdı. Avropa Liqası çempionu "Çelsi",  Çempionlar Liqası qalibi "Real Madrid"i 1:0 məğlub edərək  kuboku qazandı.

 

#2 1999: "Lazio" - "Mançester Yunayted"
Avropa Liqası çempionu "Lazio", Çempionlar Liqası qalibi "Mançester Yunayted"ı 1:0 məğlub etdi və kuboku başı üzərinə qaldırdı.

 

#3 2000: Galatasaray - Real Madrid
Avropa Liqası çempionu "Qalatasaray", Mario Jardelin qolları ilə Çempionlar Liqası qalibi "Real Madrid"i 2:1 hesabı ilə məğlub etdi və  kuboku qazandı. 

 

#4 2001: "Liverpool" - "Bayern Münhen"
Avropa Liqası çempionu "Liverpul", Çempionlar Liqası qalibi "Bayern Münhen'i 3:2 məğlub edərək kuboku qazandı. 

 

#5 2002: "Real Madrid" - "Feyenoord"
Çempionlar Liqası qalibi "Real Madrid", Avroliqanı qazanan "Feyenoord"u 3:1 məğlub edərək ilk UEFA Super Kubokunu qazandı.

 

#6 2003: "Milan" - "Porto"
Çempionlar Liqası çempionu  "Milan",  Avropa Liqası qalibi "Porto"nu 1:0 məğlub edərək kuboku qazandı.

 

#7 2004: "Valensiya" - "Porto"
Avropa Liqası qalibi "Valensiya", Çempionlar Liqası çempionu "Porto"nu 2:1 üstələdi və kuboku qazandı."Porto"nun qolunu Rikardo Quareşma vurdu.

 

#8 2005: "Liverpool" - CSKA Moskova
Məşhur İstanbul finalının qalibi "Liverpool", Avropa Liqası çempionu CSKA-nı 3:1 məğlub edərək kuboku qazandı. 

 

#9 2006: "Barcelona" - "Sevilla"
Avropa Liqası çempionu "Sevilya", Çempionlar Liqası qalibi "Barselona"nı  3:0 məğlub etdi və kuboku qazandı.

 

#10 2007: "Milan" - "Sevilya"
Çempionlar Liqası çempionu "Milan", Avropa Liqası qalibi "Sevilya"nı 3:1 məğlub edərək kuboku qazandı.


#11 2008: "Zenit"  - "Mançester Yunayted"
Avropa Liqası qalibi "Zenit", Çempionlar Liqası çempionu "Mançester Yunayted"i 
2:1 yenərək kuboku muzeyinə apardı. 


#12 2009: "Barselona" - "Şaxtyor Donetsk"
Çempionlar Liqası çempionu "Barselona",  Avropa Liqası qalibi "Şaxtyor Donetsk"i
yeganə qolla məğlub edərək kuboku qazandı


#13 2010: "İnter - Atletiko Madrid"
Avropa Liqası qalibi "Atletiko Madrid",  Çempionlar Liqası çempionu "İnter"i 2:0 məğlub edərək kuboku qazandı.


#14 2011: "Barselona" - "Porto"
Çempionlar Liqası çempionu "Barselona", Avropa Liqası qalibi "Porto"nu 2:0 məğlub edərək kuboku qazandı. 


#15 2012: "Çelsi" - "Atletiko Madrid"
Avropa Liqası qalibi "Atletiko Madrid",  Çempionlar Liqası çempionu "Çelsi"ni 4:1 məğlub edərək kuboku qazandı.


#16 2013: "Bayern Münhen" - "Çelsi"
Çempionlar Liqası çempionu "Bayern Münhen" ilə Avropa Liqası qalibi  "Çelsi" qarşı-qarşıya gəldi. 90 dəqiqəsi 2:2 hesablı bərabərliklə bitən qarşılaşmada əlavə vaxt oynanıldı. Uzatmalarda da bərabərlik pozulmayınca penaltilər seriyası keçirildi. "Bayern Münhen", "Çelsi"ni penaltilərdə 5:4 yenərək kuboku qazandı. Bununla da, "Bayern Münhen", UEFA Super Kubokunu qazanan ilk Alman klubu oldu. 


#17 2014: "Real Madrid" - "Sevilya"
Çempionlar Liqası çempionu "Real Madrid", Avropa Liqası qalibi "Sevilya"nı 2:0 məğlub etdi və ikinci UEFA Super Kubokunu muzeyinə apardı.


#18 2015: "Barselona" - "Sevilya"
Çempionlar Liqası çempionu "Barselona" ilə Avropa Liqası qalibi "Sevilya" üz-üzə  gəldi. 90 dəqiqəsi 4:4 hesablı bərabərliklə bitən qarşılaşmada əlavə vaxt oynanıldı. "Barselona" 115-ci dəqiqədə Pedronun qolu ilə 5:4 qalib gəldi ve beşinci Super Kubokunu qazandı.


#19 2016: "Real Madrid" - "Sevilya"
Çempionlar Liqası çempionu "Real Madrid", Avropa Liqası qalibi "Sevilya"nı 3:2 məğlub etdi və üçüncü Super Kubokunu qazandı. 

 

#20 2017: "Real Madrid" - "Manchester United"
Çempionlar Liqası çempionu "Real Madrid", Avropa Liqası qalibi "Mançester Yunayted"i 2:1 yenərək dördüncü Super Kubokunu qazandı.

 

#21 2018: "Real Madrid" - "Atletiko Madrid"
Avropa Liqası çempionu "Atletiko Madrid", Çempionlar Liqası qalibi "Real Madrid"i 4:2 məğlub edərək üçüncü dəfə Super Kuboku kazandı.

 

2019-cu ilin Super Kubok qarşılaşmasında isə Çempionlar Liqası qalibi "Liverpul" və Avropa Liqası çempionu "Çelsi" üz-üzə gələcək.