UEFA-dan "Neftçi"yə sərt cəza

UEFA-dan "Neftçi"yə sərt cəza

UEFA "Neftçi" klubunu 40 min avro dəyərində cərimələyib.  Assist.az xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i "Bakcell Arena”da keçirilmiş "Neftçi” – "Bney Yehuda” oyununda azarkeşlərin meydana kənar əşyalar tullaması olub. Həmin görüşdə rəqib futbolçuların vaxtı həddindən artıq uzatması yerli azarkeşləri özündən çıxarmışdı. Qarşılaşma isə 2:2 bərabərliklə yekunlaşmışdı.

 

Xatırladaq ki, avqustun 15-i "Ha Moşava” stadionunda baş tutmuş revanş matçında 1:2 hesabı ilə məğlub olan təmsilçimiz Avropa Liqasında mübarizəni dayandırmışdı.