"Neftçi"nin "Dinamo" ilə oyununa bilet satışı dayandırıldı

"Neftçi"nin "Dinamo" ilə oyununa bilet satışı dayandırıldı

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununa bilet satışı dayandırılıb.

Assist.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, qarşılaşma üçün satışa çıxarılan biletlərin bitdiyi bildirilib. 

"Neftçi" - "Dinamo" matçı saat 21:00-da start götürəcək. Komandalar arasındakı Tbilisidəki matçda "Neftçi" 2:1 hesablı qələbə qazanıb.