Türkiyədən inamlı qələbə: Liderliyə yüksəldi

Türkiyədən inamlı qələbə: Liderliyə yüksəldi

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə qrup mərhələsində VI turun oyunları keçirilir. Assist.az xəbər verir ki, H qrupunda mübarizə aparan Türkiyə millisi növbəti oyununa çıxıb.

Səfərdə Moldova millisi ilə qarşılaşan Şenol Günəşin yetirmələri böyükhesablı qələbəyə seviniblər. Cenk Tosunun dublu, Deniz Türüc və Yusuf Yazıcının qolları ilə Türkiyə millisi 4:0 hesablı qələbəyə sevinib. 

Bu qələbədən sonra xalını 15-ə yüksəldən qardaş ölkə təmsilçisi qrup birincisi olub. Eyni xala sahib Fransa ikincidir.

Moldova - Türkiyə - 0:4

Qollar: Cenk Tosun, 37; 79. Deniz Türüc, 57. Yusuf Yazıcı, 88