Türkiyəli futbolçu Barcelona-nın hədəfində

Türkiyəli futbolçu Barcelona-nın hədəfində

"Leicester City"nin müdafiəçisi Çağlar Söyüncü karyerasını "Barcelona"da davam etdirə bilər.

Assit.az Goal.az-a istinadən xəbər verir ki, türk futbolçunun agenti iddiaları təsdiqləyib:

"Çağlar yayda "Barcelona"ya transfer ola bilər. Katalonlar onu "Altınordu"da olarkən istəmişdi. Onlarla görüşmüşdük və gələcək planlarından danışmışdılar. Ancaq biz Çağların daim oynaması üçün münasib variantlara baxırdıq.

Buna görə də "Freiburg"u seçdik. Məncə, hazırda Söyüncünü transfer edə biləcək klub sayı azdır. Premyer Liqada yalnız "Liverpool" maddi cəhətdən bu keçidi həll edə bilər. Bundan əlavə, PSG də sürpriz edə bilər".

Məlumata görə, "tülkülər" Kataloniya klubundan 55 milyon avro tələb edib. "Barcelona" məbləği aşağı salmaq istədiyi üçün danışıqları davam etdirir.

Türkiyə millisinin üzvü olan 23 yaşlı müdafiəçi 2018-ci ildən "Leicester City"də çıxış edir.