Türkiyə millisinin üzvü rəsmən "Reyncers"də

"Beşiktaş"ın futbolçusu Rıdvan Yılmazın yeni klubu rəsmən məlum olub.
Assist.az xəbər verir ki, müdafiəçi Şotlandiyanın "Reyncers" komandasına keçib. Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futboçu ilə 5 illik müqavilə imzalanıb.
Türkiyə millisinin də üzvü olan Rıdvanın satışı "Beşiktaş"a 6,5 milyon avro qazandırıb.