Türkiyə klubunda yeni çalışdırıcı

Türkiyə klubunda yeni çalışdırıcı

“Yeni Malatyaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Assist.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hamza Hamzaoğlu çalışdıracaq.

50 yaşlı mütəxəssisin müqavilə şərtləri açıqlanmayıb. Hamza Hamzaoğlu "Akhisar", "Galatasaray", "Bursaspor", "Osmanlıspor", "Antalyaspor", "Erzurumspor" kimi klubları çalışdırıb.