Türkiyə klubunda yeni çalışdırıcı

Konyaspor-un yeni baş məşqçisi müəyyənləşib.
Assist.az xəbər verir ki, əyalət təmsilçisi İsmail Kartala tapşırılıb. 49 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Kartal bu postda sentyabrın 12-də istefa vermiş Bülent Korkmazı əvəzləyib.
Qeyd edək ki, İsmail Kartal 2014/2015 mövsümündə Fenerbahçe-nin baş məşqçisi olub.