Türkiyə klubunda şok: 16 üzvü koronavirusa yoluxdu

Türkiyə klubunda şok: 16 üzvü koronavirusa yoluxdu

Türkiyənin Yozgatspor 1959 klubu koronavirus şoku ilə sarsılıb.

Assist.az xəbər verir ki, III liqa təmsilçisində kütləvi yoluxma halı qeydə alınıb. Belə ki, komandanın 16 üzvü COVID-19 infeksiyasına yoluxub.

Bunlardan 12-si futbolçu, 3-ü məşqçi, biri isə masajçıdı. Koronavirus testi müsbət çıxan klub üzvləri karantinə alınıb.