Türkiyə cüdoçusu Avropa çempionu oldu

Türkiyə cüdoçusu Avropa çempionu oldu

Türkiyə təmsilçisi Vedat Albayrak Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında qızıl medala sahib çıxıb. “Assist.az”ın məlumatına görə 81 kq çəki dərəcəsində yarışan Albayrak ilk görüşdə azərbaycanlı cüdoçu Murad Fətiyevi mübarizədən kənarlaşdırıb. 28 yaşlı idmançı daha sonra fransalı Nikolas Şilard və rusiyalı Aslan Lapinaqovu məğlub edərək yarımfinala vəsiqə qazanıb.  O, bu mərhələdə Portuqaliya təmsilçisi Anri Egutidze ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Albayrak finala yüksəlib. Həlledici mərhələdə belçikalı Mattias Kasseyi qızıl xal bölümündə üstələyən Vedat Albayrak fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, həm də “ay-ulduzlular”ın ilk medalı olub.