“Trabzonspor” evdə “Kayserispor”la bacarmadı

“Trabzonspor”  evdə  “Kayserispor”la bacarmadı

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun görüşləri keçirilir.

Assist.az xəbər verir ki , açılış matçında “Göztəpə” doğma meydanda “Rizəspor”u 2-0 hesabı ilə məğlub edib.  “Fatih Karagümrük” evdə “Hatayspor”u çətinliklə üstələyib 1-0. “Trabzonspor”un isə bu turdakı rəqibi autsayderlər qrupunda yer alan “Kayserispor” olub. Meydana favorit qismində çıxan qaradənizlilər 6-cı dəqiqədə qapılarında top görüblər. Muğdat Çəlik ev sahiblərini cəzalandırıb. Trabzonsporun cavabı 23 dəqiqə sonra gəlib. Anastasios Bakasetas tarazlığı bərpa edib Qalan vaxt ərzində Qaradəniz təmsilçisinin üstünlüyü ələ almaq cəhdləri nəticəsiz qalıb 1-1. Ötən tur “Kasımpaşa” səfərindən əliboş qayıdan lider “Beşiktaş” bu dəfə “Alanyaspor” u qəbul edəcək. Yarış cədvəlinin 2-ci pilləsinə yüksələn “Fənərbağça”isə “Yeni Malatyaspor”un qonağı olacaq. Son iki turdur qələbə üzünə həsrət qalan “Qalatsaray” isə evdə “Karagümrük”la görüşəcək