"Tottenhem"li İspaniyada qalacaq?

"Tottenhem"in yarımmüdafiəçisi Covanni Lo Çelso növbəti mövsümü də İspaniyada keçirə bilər.
Assist.az xəbər verir ki, "Vilyarreal" 26 yaşlı argentinalının icarə müddətini artırmaq istəyir. Bundan başqa "sarı sualtı qayıq" sözləşməyə satınalma məndi əlavə etmək niyyətindədir.
Lo Çelsonun xidmətində "Fiorentina" da maraqlıdır. "Tottenhem" oyunçunu icarə vermək yox, birdəfəlik satmaq istəyir.