"Tottenhem" də qələbə ilə başladı

"Tottenhem" də qələbə ilə başladı

İngiltərə Premyer Liqasında 1-ci turun oyunları davam edir.   Assist.az xəbər verir ki, "Liverpul" və "Mançester Siti"nin qələbə qazandığı turda "Tottenhem" də aktivinə 3 xal əlavə edib.

Öz meydanında "Aston Villa"nı qəbul edən London klubu 3:1 hesablı qələbəyə sevinib. Qarşılaşmada hesab 9-cu dəqiqədə açılıb. Con MakGinn qonaqları hesabda önə çıxarıb. Meydan sahiblərinin bərabərlik cəhdləri 73-cü dəqiqədə bəhrəsini verib.  Tanqay N'Dombele fərqlənib. "Tottenhem"in ikinci qolunu 86-cı dəqiqədə Harri Keyn vurub.  90-cı dəqiqədə dubl edən futbolçu yekun hesabı müəyyənləşdirib – "Tottenhem" 3, "Aston Villa" 1.