Tottenham-in baş məşqçisi tarixə keçdi

Tottenham-in baş məşqçisi tarixə keçdi

Tottenham İngiltərə Premyer Liqasının 29-cu turundan təxirə salınmış oyunda Southampton-u məğlub edib.

Assist.az xəbər verir ki, 2:1 hesabıyla bitən qarşılaşma London komandasının baş məşqçis Rayan Meyson üçün rekordla əlamətdar olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Belə ki, 29 yaşlı mütəxəssis Premyer Liqa tarixinin ən gənc baş məşqçisi adını qazanıb.

Meyson Tottenham-də baş məşqçi postundan qovulan Joze Mourinyonu əvəzləyib. İngilis mütəxəssis mövsümün sonuna qədər London komandasını çalışdıracaq.