Superliqa klubunda yeni müqavilə

Superliqa klubunda yeni müqavilə

Yeni Malatyaspor Gökhan Töre ilə müqavilənin müddətini uzadıb.

Assist.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə Gökhanla müqavilənin müddətinin 2021-ci ilin yayına qədər uzadıldığı diqqətə çatdırılıb. Əvvəlki müqavilə bu mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Gökhan Töre bu mövsüm Yeni Malatyaspor-da bütövlükdə 21 oyuna çıxıb, 2 qola imza atıb.