Sumqayıt - Qəbələ oyununun vaxtı müəyyənləşdi

Sumqayıt - Qəbələ oyununun vaxtı müəyyənləşdi

Bəzi futbolçuların COVİD-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış "Sumqayıt" - "Qəbələ" oyununun vaxtı müəyyənləşib.

Assist.az PFL-in saytına istinadən xəbər verir ki, görüş 30 noyabr saat 16:00-da "Kapital Bank Arena"da oynanılacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" matçı bu gün keçirilməli idi