Simeone koronavirusa yoluxub

Simeone koronavirusa yoluxub

Atletico Madrid-in baş məşqçisi Dieqo Simeone koronavirusa yoluxub.

Assist.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı mütəxəssisdə hər hansı bir simptomun olmadığı və onun öz evində təcrid edildiyi bildirilib. Simeone iki həftə komandaya rəhbərlik edə bilməyəcək.

Xatırladaq ki, bundan əvvəl Madrid klubunun iki futbolçusunda - hücumçu Dieqo Kosta və yarımmüdafiəçi Santiaqo Ariasda da virus aşkarlanmışdı.