Simeone Atletico-nun tarixinə keçdi

Simeone Atletico-nun tarixinə keçdi

İspaniya La Liqasının Athletic-lə XVIII turdan təxirə salınmış ev oyunu (2:1) Atletico-nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

Assist.az xəbər verir ki, o, Madrid təmsilçisinin sükanı arxasında 309-cu qələbəsini qazanıb. Argentinalı mütəxəssis bu göstərici ilə klub tarixində yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, Atletico 62 xalla turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi ən yaxın izləyicisi "Barselona"nı 6 xal qabaqlayır.