"Sevilya" qələbəni son dəqiqələrdə qazandı

"Sevilya" qələbəni son dəqiqələrdə qazandı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" İspaniya La Liqasında növbəti oyununu keçirib.

Assist.az xəbər verir ki, doğma meydanda "Levante"ni qəbul edən Əndəlüs təmsilçisi 1:0 hesablı qələbəyə sevinib. Yeganə qolu De Yonq 86-cı dəqiqədə rəqib qapısından keçirib 

 

Qeyd edək ki, "Sevilya" 16 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda lider "Barselona"dan 3 xal geri qalır.