"Sevilya" "Düdelanj"a da şans vermədi

"Sevilya" "Düdelanj"a da şans vermədi

UEFA Avropa Liqasında 3-cü turun oyunları keçirilib. Assist.az xəbər verir ki, "Qarabağ"la eyni qrupda mübarizə aparan "Sevilya" və "Düdelanj" İspaniyada üz-üzə gəliblər.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsilə yekunlaşıb. Bu nəticədən sonra xalını 9-a yüksəldən "Sevilya" A qrupunda vahid liderdir. "Qarabağ" isə 4 xalla ikincidir.