Schalke-dən Juventus-a — RƏSMİ

Schalke-dən Juventus-a — RƏSMİ

Juventus Andrea Pirlonun baş məşqçiliyi altında ilk transferini həyata keçirib.

Assist.az xəbər verir ki, Turin təmsilçisi Schalke-nin yarımmüdafiəçisi Ueston Makkennini icarəyə götürüb.

“Qoca Sinyora” bu keçidə üçün Almaniya klubuna 4 milyon 500 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə görə, Juventus Schalke-yə 18 milyon 500 min avro ödəyərsə, ABŞ millisinin 22 yaşlı futbolçusunu birdəfəlik transfer edə biləcək. Oyunçunun sözləşməsində əlavə 7 milyon avroluq bonus qazana biləcəyi haqda bənd də var.

Qeyd edək ki, 2016-cı ildən Schalke-nin formasını geyinən Makkenni bu komandada 74 matç keçirib.