Şahmatçılarımız reytinq cədvəlində irəlilədi

Şahmatçılarımız reytinq cədvəlində irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb. Assist.az qurumun saytına istinadən xəbər verir ki, oktyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə irəliləyib. O, 2777 xalla 5-ci  pilləyə yüksəlib.

 

 

 

Son dünya kubokunun qalibi Teymur Rəcəbov ilk onluğa düşüb. Şahmatçımız 2767 xalla 9-cu pillədə qərarlaşıb.

Qədir Hüseynov da 3 pillə irəliləyib və 2660 xalla 83-cüdür. "Top-100"ə yeni daxil olan Nicat Abbasov 2655 xalla 93-cü yerdədir. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Qadınlar arasında Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayevə və Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2870) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2822) ikinci, Liren Dinq (Çin, 2801) üçüncüdür.

Qol.az