"Sabah" "Sumqayıt"a, "Qarabağ" "Zirə"yə qarşı

"Sabah" "Sumqayıt"a, "Qarabağ" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında 11-ci tura yekun vurulacaq. Assist.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

İlk görüşdə "Sabah" "Sumqayıt"la üz-üzə gələcək. "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmanı İnqilab Məmmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Görüş saat 16:30-da başlayacaq.

Günün son oyununda isə lider "Qarabağ" "Zirə"ni qəbul edəcək. "Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün əsas söz sahibi Vüqar Həsənli olacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.