Sabah Qəbələ-ni böyük hesabla uddu

Sabah Qəbələ-ni böyük hesabla uddu

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.

Assist.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. Sabah öz meydanında Qəbələ ilə qarşılaşıb. Görüş paytaxt təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Qeyd edək ki, Sabah mövsümün ilk matçında Qarabağ-a uduzub (0:2), Qəbələ isə Zirə ilə heç-heçə (1:1) edib.

Sabah – Qəbələ - 3:0

Qollar: Coşqun Diniyev, 17, Bəhlul Mustafazadə, 27, Ramil Şeydayev, 64

Qırmızı vərəqə: Slavik Alxasov, 77-ikinci sarı vərəqə Sabah)