Sabah növbəti transferini rəsmiləşdirdi

Sabah növbəti transferini rəsmiləşdirdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Assist.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq "Keşlə"də çıxış edən müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarının formasını geyinib.

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib.