“Sabah” – “Neftçi” matçı ilə bağlı araşdırma – AFFA-dan açıqlama

“Sabah” – “Neftçi” matçı ilə bağlı araşdırma – AFFA-dan açıqlama

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində aprelin 25-də keçirilmiş “Sabah” – “Neftçi” matçının hakimlərinin işi ilə bağlı aşadırma aparılacaq.

Assist.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Qarşılaşmanın hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq), qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.

2:2 hesabıyla bitən “Sabah” – “Neftçi” matçında baş hakim Vüqar Həsənli “Sabah”ın üç futbolçusuna qırmızı vərəqə göstərib, meydan sahiblərinin qapısına mübahisəli penalti təyin edib və oyunun sonlarına yaxın qonaqların qolunu saymayıb.