Ruslan Lunyov Tokio-2020-də mübarizəni dayandırdı

Ruslan Lunyov Tokio-2020-də mübarizəni dayandırdı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Assist.az xəbər verir ki, kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançı ikinci təsnifat mərhələsində 286 xal toplayıb.

O, ilk gündə 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov 21-ci yeri tutub və finala yüksəlmək şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.