Ronaldonu əvəzlədi, komandasına qələbə qazandırdı

İtaliya A Seriyasında 12-ci tura yekun vurulub. Assist.az xəbər verir ki, "Milan"ı qəbul edən "Yuventus" 1:0 hesablı qələbə qazanıb. Görüşdə yeganı qolu Ronaldonun əvəzinə meydana daxil olan Paulo Dibala vurub.

 

A Seriyasında turnir cədvəlinə 32 xalla "Yuventus" başçılıq edir. "İnter" 31 xalla 2-cidir. "Latsio" və "Kalyari" 24 xalla 3-4-cü yerləri bölüşür. 13 xalı olan "Milan" 14-cü sırada qərarlaşıb.

 

"Yuventus" - "Milan" - 1:0

Qol: Paulo Dibala, 77