Ronaldo Zidan haqqında danışıb

Ronaldo Zidan haqqında danışıb

Portuqaliya millisinin və İtaliyanın "Yuventus" futbol komandasının portuqal hücumçusu Kriştianu Ronaldu Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidanın işindən danışıb.

"Əminlik, hansına ki, oyunçu ehtiyac duyur, yalnız onun özündən yox, həm də onun mühitindən, başqa futbolçulardan və məşqçidən asılıdır. Siz hiss etməlisiniz ki, komandanın mühüm hissəsisiniz və Zidan məni özümü xüsusi hiss etməyə məcbur etdi.

Bu mənə çox kömək etdi. Zidan artıq hörmət etdiyim insan idi və nə vaxt ki, o, məşqçim oldu, mən Zidanı daha yaxşı tanıdım və onun böyük pərəstişkarı oldum. Onun necə danışmasına, komandaya rəhbərlik etməsinə pərəstiş etdim. O, kimin vəziyyəti dəyişdirməyə qadir olduğunu bilir və həmişə haqlı çıxırdı. Buna görə bizim dostluğumuz həmişə ürəyimdə olacaq", - deyə hücumçu bildirib.

Ronaldu "Real"da Zidanın rəhbərliyi altında oynayıb. Portuqaliyalı futbolçu ispan komandasında 2009-cu ildən 2018-ci ilə qədər çıxış edib.

Daha əvvəl Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.