Ronaldo Xavini keçdi

Ronaldo Xavini keçdi

Portuqaliya yığması Millətlər Liqasının 6-cı turunun matçında Xorvatiya seçməsini məğlubiyyətə uğradıb.

Assist.az xəbər verir ki, Spliddə, Polyud stadionunda keçirilən görüş 3:2 hesabı ilə başa çatıb.

Portuqaliya yığmasının 35 yaşlı hücumçusu Kriştiano Ronaldo milli yığmada 101-ci qələbəsini qazanıb. O, bu göstərici üzrə İspaniya yığmasının keçmiş oyunçusu Xavini ötüb. Xavinin aktivində milli komandada 100 qələbə var.

Daha əvvəl bildirilirdi ki, Ronaldo Avropada milli yığmanın heyətində 100 qələbə matçında iştirak edən 4-cü oyunçu olub. Ondan başqa İspaniya yığmasının üç oyunçusu - Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) bu uğura imza atıblar.