Ronaldo əvəzlənərkən Sarrini söyüb - Dodaq oxucuları açıqladı

Ronaldo əvəzlənərkən Sarrini söyüb - Dodaq oxucuları açıqladı

"Yuventus"un portuqaliyalı futbolçusu Kristiano Ronaldo Maurizio Sarrini söyüb. Assist.az xəbər verir ki, hadisə "Milan"la matçın 55-ci dəqiqəsində baş verib.


Sarrinin onu əvəzləməsinə olduqca əsəbləşən Ronaldo meydandan çıxarkən baş məşqçinin ünvanına təhqiramiz ifadələr işlədib.  Ulduz futbolçunun həmin an nə dediyini isə portuqalca dodaq oxuma mütəxəssisləri araşdırıblar. 


Dodaq oxuma mütəxəssislərinin fikrincə, ulduz futbolçu kənara doğru gələrkən Sarri'yə portuqalca "Q... b..." deyib.


Xatırladaq ki, qarşılaşma "Yuventus"un 1:0 hesablı qələbəsilə yekunlaşmışdı.