Ronaldo Avropadan gedir?

Juventus-un ulduz futbolçusu Kriştiano Ronaldo karyerasını ABŞ-da davam etdirə bilər.
Assist.az xəbər verir ki, 36 yaşlı hücumçu ABŞ-ın İnter Miami klubunun sahibi, İngiltərə yığmasının keçmiş üzvü Devid Bekhemlə əlaqə yaradıb.
O, MLS təmsilçisində oynamaq ehtimalını nəzərdən keçirir. Qeyd edək ki, Kriştiano Ronaldonun Juventus-la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun maaşı ildə 31 milyon avrodur.