Romelu Lukakudan İbrahimoviçə: "Komandası üçün yox, özü üçün qazanır"

Romelu Lukakudan İbrahimoviçə: "Komandası üçün yox, özü üçün qazanır"

"İnter" klubunun belçikalı hücumçusu Romelu Lukaku komandasının "Seria A" çempionluğu və "Milan" klubunun təcrübəli hücumçusu Zlatan ibrahimoviç haqqında açıqlama verib.

Assist.az "Corriere Della Sera"ya istinadən xəbər verir ki, Lukaku gəldiyi gündən bəri komandası üçün çalışdığını və "İnter"də xoşbəxt olduğunu bildirib:

"Qazandığımız bu çempionluq mənim deyil, komandama və azarkeşlərimizə aiddir. Mən özümü dünyanın ən yaxşı futbolçusu kimi görmürəm, çünki məqsədim komandama kömək etməkdir. Baş məşqçimizin bütün təlimatlarına əməl edirəm. Bütün futbolçuların performansı yüksəldi və bu bizim digər kubokları qazanmağımıza fürsət yaradır. "İnter"ə gəldiyim ilk gündən bəri özümü çox yaxşı hiss edirəm. Azarkeşlərimizin dəstəyini hiss elədim və özümə dedim: "Bu klub üçün əlimdən gələni eləməliyəm". 

Lukaku Zlatan İbrahimoviçin komandası üçün yox, özü üçün qazandığını bildirib:

"İbrahimoviç möhtəşəm futbolçudur, çünki oynadığı bütün klublarda uğur qazana bilib. O 500 dən çox qol vurub. "Seria A"da belə futbolçulara ehtiyac var. Sadəcə olaraq o özü üçün qazanır mən isə komandam üçün qazanıram".