"Roma"dan gözlənilməz məğlubiyyət

İtaliya A Seriyasında 22-ci turun görüşləri davam edir. Assist.az xəbər verir ki, "Roma" səfərdə "Sassuolo"ya uduzub - 2:4.

 

A Seriyasında turnir cədvəlinə 51 xalla "Yuventus" başçılıq edir. "İnter" 48 xalla 2-ci, "Latsio" 46 xalla 3-cü, "Roma" 39 xalla 4-cüdür. 26 xalı olan "Sassuolo" 13-cü sırada qərarlaşıb.

 

"Sassuolo" - "Roma" - 4:2

Qollar: Françesko Kaputo, 7, 16, Filip Dyuriçiç, 26, Ceremi Boqa, 74 - Edin Ceko, 55, Cordan Veretu, 73 (pen.)

Qırmızı vərəqə: Lorenso Pelleqrini, 69 ("Roma")