Roma-da yeni müqavilə

Roma futbolçusu Rik Karsdopla müqaviləni yeniləyib.
Assist.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə sözləşmənin 2025-ci ilin iyun ayınadək uzadıldığı bildirilib.
Hollandiyalı oyunçu 2017-ci ildən paytaxt təmsilçisində çıxış edir. O, ötən mövsümü Feyenoord-da keçirib.
Qeyd edək ki, Karsdop bu mövsüm 23 matça çıxaraq, 1 qol vurub və 5 qolun ötürməsini verib.