“Real”la “Çelsi”dən ilk oyunda heç-heçə

“Real”la “Çelsi”dən ilk oyunda heç-heçə

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Assist.az xəbər verir ki, ilk oyun günündə İspaniyanın “Real” komandası doğma meydanda İngiltərə “Çelsi”sini qəbul edib. Niderlandlı hakim Danni Makkelinin idarə etdiyi oyunda qalib müəyyənləşməyib 1-1. Hesabı 14-cü dəqiqədə zadəganların yarımmüdafiəçisi Kristian Pulişiç açıb. Meydan sahiblərinin cavabı özünü çox gözlətməyib. Kərim Benzema tarazlığı bərpa edib. Komandalar arasındakı cavab oyunu mayın 5-də, İngiltərədə keçiriləcək.

Yarımfinalın digər görüşü bugün olacaq. Fransa PSJ-si doğma meydanda “Mançester Siti”ni (İngiltərə) qəbul edəcək.