"Real"ın futbolçusu İngiltərə nəhənglərinin hədəfində

"Real"ın futbolçusu İngiltərə nəhənglərinin hədəfində

"Real Madrid"in 27 yaşlı futbolçusu İsko Alarkon növbəti mövsümdən Premyer Liqada çıxış edə bilər. Assist.az xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" ispan futbolçu ilə yaxından maraqlanır. 


Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən Madrid təmsilçisinin də İskonun transferində maraqlı olduğu bildirilir. Hətta"Real Madrid"in yerli futbolçunun transferi üçün 120 milyon avro qiymət qoyduğu da iddia olunur.


 2013-cü ildə "Malaqa"dan " transfer olunan İsko "Real Madrid"in heyətində 277 oyunda meydana çıxıb və 48 qola imza atıb. PSJ-nin də maraqlandığı futbolçu bu mövsüm liqada çıxdığı 27 oyunda 3 qol vurub, 2 dəfə də assist edib.

 

Xatırladaq ki, İskonun "Real Madrid"lə 2022-ci ilə qədər müqaviləsi var.